CƏMİYYƏT


Regionlara qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı reyd keçirilib

Baş Dövlət Yol Polisi İdarəsi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti arasında 30 sentyabr 2021-ci ildə imzalanan razılaşma sənədinə əsasən, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusi ilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə tədbirlərə start verilib. Qeyri-qanuni daşımaların qarşısını almaq üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Baş Dövlət Yol Polisi İdarəsi birgə tədbirə başlayıb. Yalnız paytaxtda yox, eyni zamanda Azərbaycanın bütün regionlarında da qeyri-qanuni daşımalarla bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Bu gün Qaradağ və Zabrat postunda reydlər keçirilib. Bununla bağlı qanunvericiliyə uyğun cəza tədbiri nəzərdə tutulur. Qeyri-qanuni daşımalarla bağlı sərt tədbirlər növbəti üç ayda da davam edəcək.