MƏDƏNİYYƏT


Polşanın Kaliş şəhərində dahi Azərbaycan şairi Nizaminin 880 illik yubileyi simfonik konsert proqramında anılıb

Polşanın Kaliş şəhərində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi dövrdə dahi Azərbaycan şairinin xatirəsinin də anıldığı “Azərbaycan Notası - Simfonik Konsert” təşkil olunub.