CƏMİYYƏT


Aeroport yolunda baş verən ağır qəzada yaralananların vəziyyəti açıqlanıb

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində 23 nəfər (13 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8 nəfər KTM, 15 nəfər 3 saylı KŞX-ya) çatdırılıb. Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev qəzada yaralananların vəziyyəti açıqlayıb.