CƏMİYYƏT


Ceyranbatan qəsəbəsində qadını döyüb pulunu və qiymətli əşyalarını ələ keçirən şəxs saxlanılıb Hadisə anının anbaan videosu

Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib. Hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır