Yaralı yoldaşını döyüşdən çıxararkən şəhid olan qəhrəman artilleriyaçı
14.10.2021 [13:03]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi Rəşid Mədinov Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində qəhrəmanlıqla savaşıb. Qəhrəman topçu yaralı döyüş yoldaşını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəşid Nəzər oğlu Mədinov 1996-cı il aprelin 24-də Xaçmazın Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Qırızlı kəndində böyüyən Rəşid həmişə vətənpərvərliyi və ətrafındakılara xoş münasibəti ilə seçilib.