MƏDƏNİYYƏT


Anar Kərimov: ermənilər Qarabağda azərbaycanlılara məxsus tarixi və mədəni abidələrin 95 faizini məhv edib

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.