CƏMİYYƏT


Tərtər rayonu üzrə 265 qazi və şəhid ailəsi üzvü özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla tanışlıq məqsədilə növbəti mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Məlumat verilib ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır