MƏDƏNİYYƏT


Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub

Oktyabrın 16-da işğaldan azad edilmiş Ağdam şəhərində Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların kuratorluğu, Ağdam Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon Mədəniyyət Mərkəzi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə keçirilən mərasimdə Xalq rəssamı Arif Hüseynovun “Ağdam Cümə məscidində azan səsi”, “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” adlı əsərləri nümayiş edilib.