Yevlaxda “Çiçəklənən Xarıbülbül” adlı fləş-mob keçirilib
16.10.2021 [21:55]
Xəbərin mətni
Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində Yevlax Rayon Təşkilatı tərəfindən “Çiçəklənən Xarıbülbül” adlı fləş-mob təşkil edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb.