CƏMİYYƏT


Erməni terrorunun qurbanı olan 4 yaşlı Xədicə: Anamı istəyirəm...

Keçən ilin 17 oktyabrı... Gəncə şəhərinin növbəti dəfə ballistik raketlərlə atəşə tutulduğu gün. Qulaq batıran partlayış səsindən sonra dağılan yaşayış yerlərindən hər tərəfə toz-duman yayılır. Evlərin birindən “Ana, ata haradasınız” deyən 4 yaşlı Xədicənin qışqırtısı gəlir. Hər tərəfi insan iniltisi, ah-naləsi bürüyüb. Kimisi anasını, atasını, qardaşını, kimisi də oğlunu, nəvəsini, həyat yoldaşını səsləyir...