Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada ağır qəza: 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb

17.10.2021 [14:15]

Xəbərin mətni

Oktyabrın 16-sı gecə saatlarında Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Alekseyevka kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi 90-ZV-745 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.