Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli qoyulub

18.10.2021 [13:24]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.