Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsi salınacaq
18.10.2021 [13:35]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış məhəlləsi barədə məlumat verildi.