CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 23 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonu ərazisində keçirdikləri tədbirlər zamanı paytaxt sakini Elvin Babaxanlı, əvvəllər məhkum olunmuş şəxslər Anar Cəbiyev və İsa Cavadov saxlanılıblar. Elvin Babaxanlının üzərində şəxsi axtarış aparılan zaman ondan 6 kiloqram 40 qram heroin aşkar olunub. Anar Cəbiyevin üzərindən 11 qram, Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşadığı evdən əlavə 3 kiloqram, İsa Cavadovun üzərindən isə 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb.