CƏMİYYƏT


Cəbhədə Vətənə, iş başında vətəndaşa xidmət edənlər

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 101 əməkdaşı iştirak edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlarla yanaşı, nazirlik əməkdaşlarının ailə üzvlərindən 129 nəfər döyüşlərdə iştirak edərək möhtəşəm Zəfərin qazanılmasına öz töhfələrini verib.Nazirlik üzrə 11 əməkdaşın ailə üzvü isə şəhidlik zirvəsinə ucalıb.