CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarının meşələrdə və meşəətrafı sahələrdə apardıqları monitorinqlər zamanı Oğuz rayonunun Muxax kəndi yaxınlığında meşəlik ərazidə qeyri-qanuni yolla ağac kömürü istehsal edən beş ocaqxana aşkarlanıb.