CƏMİYYƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtın keçilməz yollarında tədbirləri gücləndirib.İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb: “Paytaxt yollarının, piyada səkilərinin, yolların hərəkət istiqamətlərini zəbt olunması məsələsini dəfələrlə vurğulasaq da, təəssüf ki, yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər hələ də təkrarlanır. Yol polisi yenidən günləndirilmiş tədbirlər keçirib və bu proses davam edəcək.Bir daha sürücülərdən xahiş edirik ki, sürücü həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”, - deyə A.Əsgərli vurğulayıb.