MƏDƏNİYYƏT


Vaşinqtonda Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert

Vaşinqtondakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert proqramı təqdim edilib və ziyafət verilib.
AZƏRTAC xəbər verir ki, tədbirə ABŞ dövlət qurumlarının, ictimai dairələrinin təmsilçiləri, diplomatik korpusun üzvləri, düşüncə mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri qatılıblar. Tədbirdə yüksək səviyyəli qonaq qismində ABŞ dövlət katibinin müavini Kerin Donfrid, dövlət katibinin köməkçisinin müavini Erika Olson iştirak ediblər.