Binəqədi rayonunda mağazalardan oğurluqlar edən şəxslər saxlanılıblar
20.10.2021 [16:22]
Paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9000 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.