İmişlidə şəhid Anar Cavadzadənin xatirəsinə inşa olunan bulaq istifadəyə verilib
21.10.2021 [12:21]
Xəbərin mətni
Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirərək son damla qanına qədər döyüşən və şəhidlik zirvəsinə ucalan Anar Cavadzadənin xatirəsinə öz dostu tərəfindən bulaq inşa olunub.
AZƏRTAC xəbər verir ki, bulağın açılışında şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, döyüşçü yoldaşları iştirak ediblər. Anarın əziz xatirəsi yad olunub, ruhuna dualar oxunub.