CƏMİYYƏT


Vətən müharibəsinin şəhid qəhrəmanı Rəvan Məmmədovun xatirəsi anılıb

Vətən müharibəsinin 22 yaşlı şəhid qəhrəmanı Rəvan Məmmədovun xatirəsi doğulduğu Cəlilabadın Novruzallı kəndində anılıb.
AZƏRTAC xəbər verir ki, 1998-ci ildə anadan olan Rəvan hələ 2016-cı ildə həqiqi hərbi xidmətdə olarkən Aprel döyüşlərində fərqlənmişdi. Amma içində alovlanan intiqam hissi soyumamışdı. Doğma Qarabağın azadlığı uğrunda düşmən üzərinə hücum əmrini hər an gözləyirdi. 2020-ci ilin avqustundan könüllü olaraq hərbi xidmətə qeydiyyata alınan Rəvan, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında döyüş əmri alan əsgərlərlə bir sırada dayanır.