Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırma aparılır
21.10.2021 [19:05]
Xəbərin mətni
Xaçmaz rayonunun İbrahim Məlikov adına Xudat şəhər 5 nömrəli ümumi orta məktəbin VIII sinif şagirdi Rəcəbova Xədicə Rəcəb ölümü ilə bağlı araşdırma aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə oktyabrın 21-də məktəbli idman dərsində olan zaman baş verib. Qəflətən halı pisləşən Xədicə Rəcəbova xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.