Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 48 nəfər saxlanılıb

22.10.2021 [12:26]

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.
Belə ki, əməliyyat zamanı əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Radik Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Anar Cəbiyevdən isə 110 qram heroin aşkar edilərək götürülüb. Onların ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslər paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI