Qazi: Pulemyotun qəlpələrindən yan keçmək üçün torpağı əllərimlə qazdım
22.10.2021 [12:51]
Vətən Müharibəsi qəhrəmanlarından biri də Mehrac Ağasiyevdir. Mehrac 2017-ci ildə Azərbaycan Dövlət İnformasiya Agentliyində işləməyə başlayıb, 2019-ci ildə isə həqiqi hərbi xidmətə çağırılıb. AZƏRTAC xəbər verir ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Mehrac Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşanın azad olunmasında iştirak edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.