Azərbaycan Dövlət İnformasiya Agentliyi

Balakəndə qonaq getmək istəyən koronavirus xəstəsi yolda saxlanılıb

23.10.2021 [10:27]

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Sevil Qayxanovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI