MƏDƏNİYYƏT


Gələcəyin aktyorları necə hazırlanır? –REPORTAJ

Görkəmli sənətkarlarımızın, aktyor və rejissorlarımızın da təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bugün də yeni kadrlar hazırlanır. Rejissor və aktyor sənəti fakultəsinin müəllimi Fikrət Məlikovun sözlərinə görə universitetdə tələbələrin mükəmməl aktyor kimi yetişməsi üçün bütün dərslər və məşqlər yüksək səviyyədə keçirilir. Həmçinin qeyd olunub ki, tələbələrə klassik teatr tamaşaları ilə yanaşı, kinoda aktyor oyunu üzrə də dərslər tədris olunur.