CƏMİYYƏT


Ötən gün 75 toy şənliyinin monitorinqini həyata keçirib

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 75 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 67 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 13 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.