CƏMİYYƏT


Təlim və Tədris Mərkəzində “Naxçıvan şəhidləri” kitabının təqdimatı keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Manya Səxavətqızının “Naxçıvan şəhidləri” kitabının birinci hissəsinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəhidlərin Naxçıvan Muxtar Respublikasından gələn ailə üzvləri, döyüşçü yoldaşları, dostları, deputatlar, din xadimləri, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.