Övladları ilə sonuncu dəfə şəkil çəkdirib döyüşə yollanan MAXE
24.10.2021 [17:52]
Xəbərin mətni
Qırx dörd günlük Vətən müharibəsində düşmənə ağır zərbələr endirən igidlərimiz arasında Timur Nurəddin oğlu Əliyev də olub. Timur Əliyev Füzulinin düşmən işğalından azad olunmasında böyük şücaət göstərib.
AZƏRTAC xəbər verir ki, Qazax rayonunun Xanlıqlar kəndindən olan şəhid Timur Nurəddin oğlu Əliyev Vətən müharibəsi başlamazdan bir gün əvvəl gecə evə gələrək yatmış körpələrini oyadıb və onlarla şəkil çəkdirib.