Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması müsbət nəticələr verir

25.10.2021 [12:52]

Xəbərin mətni

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda heyvanlar arasında aparılan süni mayalandırmalar ət və süd istehsalının, eyni zamanda, mal-qaranın baş sayının artmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, son illər Neftçalada heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə ətlik və südlük düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.