Azərbaycan Dövlət İnformasiya Agentliyi

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

25.10.2021 [14:22]

Bu gün Bakıda yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub. AZƏRTAC xəbər verir ki, mərkəzdə əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin və digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və onların cəmiyyətə təqdim edilməsi üçün inklüziv imkanlar yaradılıb. Mərkəzin layihə rəhbəri Pərvinə İsmayılova mətbuat nümayəndələrinə bildirib ki, bura həssas qrupların cəmiyyətə inteqrasiyasına, sosial-mədəni mühitin daha da zənginləşməsinə mühüm dəstəkdir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI