CƏMİYYƏT


Birinci Qarabağ müharibəsinin “Qəqəni”si Vətən müharibəsində də kənarda qalmadı

Birinci Qarabağ müharibəsindən tanınan “Qəqəni” Vətən müharibəsində də Azərbaycan əsgərinə dəstək olub. O, Vətən müharibəsində aktiv döyüş əməliyyatlarına qatılmasa da, əsgərlərimizə hər cür lazımi dəstək göstərərək, bu Şanlı Zəfərdə az da olsa payının olmasını istəyib.On dörd yaşında cəbhəyə yollanan Dəmirov Razim Təbiyyət oğlu 1977-ci il martın 22-də Şəmkir rayonunda anadan olub. 1992-ci ilin yanvar ayında könüllü olaraq cəbhəyə yollanıb.15 yaşını səngərdə qeyd edən gənc əsgər evdən qaçıb könüllü ordu sıralarına qoşulduğu üçün oxuduğu orta məktəbdən qovulub.