CƏMİYYƏT


Şəhid anası: Dünyaya bir daha gəlsəm yenə də Ülvinin anası olmağı seçərəm

Vətən uğrunda canından keçən şəhidlərimizdən biri də Ülvi Rafael oğlu Rəfiyevdir. Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-dən döyüşlərə yollanıb. O, Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığında şücaət göstərib. Oktyabrın 25-də Füzuli döyüşlərində isə şəhid olub. AZƏRTAC şəhidin ildönümü ərəfəsində onun ailəsinə baş çəkib. Anası Səyyarə Rəfiyeva söyləyib ki, oğlu hər zəngində 25-i tarixini çox sevinclə gözlədiyini dilə gətirib. Çünki oktyabrın 25-i Ülvinin nişanlanmasının 4 ayı tamam olub, həm də könül verdiyi qızın doğum günü olub.