Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şəhid Elçin Həsənlinin anım mərasimi keçirilib

26.10.2021 [12:07]

Xəbərin mətni

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə C.Naxşıvanski adına Hərbi Liseydə şəhid Elçin Həsənlinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhid Elçin Həsənlinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.