Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim
26.10.2021 [12:14]
Xəbərin mətni
Qırx dörd gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Minlərlə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu.AZƏRTAC xəbər verir ki, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biri idi. Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub.