Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azad edilən ərazilərdə mühəndis işləri davam etdirilir

26.10.2021 [17:19]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində  azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Ali Baş Komandanın göstərişinə əsasən işğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, o cümlədən infrastrukturun bərpa edilməsi məqsədi ilə Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti həyata keçirilir.

Bölmənin digər videoları