Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda humanitar vəziyyətin monitorinqi aparılıb

26.10.2021 [18:55]

Xəbərin mətni

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 26-da işğaldan azad edilmiş Ağdam şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə humanitar vəziyyətin monitorinqini həyata keçirməkdir. Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən İmarət kompleksinə, Ağdam Cümə məscidinə, Dram teatrının və Çörək muzeyinin binalarının qalıqlarına və yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.