CƏMİYYƏT


Şəhriyar Mirişli Vətən müharibəsinin ən gənc şəhidlərindəndir

Vətən müharibəsində şəhidliyə yüksələn Şəhriyar Mirişli 18 illik qısa, lakin mənalı ömür sürdü. Mirişovlar ailəsinin sonbeşiyi, dörd qardaşın sonuncusu idi.
Şəhidin atası Bəxtiyar Mirişov AZƏRTAC-a bildirib ki, Şəhriyar tərbiyəli, ağıllı, gülərüz oğul idi. Elə buna görə də hamı onu çox istəyirdi. 2020-ci ilin aprelində əsgəri xidmətə yola düşəndə onun gözlərindəki qığılcımı, üzündəki təbəssümü valideynləri indi də unutmayıb.