CƏMİYYƏT


Paytaxtda növbəti həyət abadlaşdırılıb

Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakının Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 14, 20 ünvanında 800 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.