CƏMİYYƏT


Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

2020-ci il oktyabrın 27-si, Bərdə rayonu, Qarayusifli kəndi... Vətən müharibəsinin 31-ci günü. Cəbhədən xeyli aralıda yerləşən kəndin sakinləri uzaqdan gələn top-mərmi səslərini eşitsələr də, öz adi həyatlarını yaşayırdılar. Elə İsgəndərovla ailəsi də. Ailə başçısı Rövşən təsərrüfatında çalışır, həyat yoldaşı Mətanət xanım ev işləri ilə məşğul idi. Uşaqları 7 yaşlı Aysu və 3 yaşlı Tahirə isə həyətlərində oynayırdılar. Qəfildən eşidilən dəhşətli partlayış səsi bütün kəndin, o cümlədən İsgəndərovlar ailəsinin sükutunu, düzənini pozdu. Balaca Aysunun həlak olması, kiçik bacısının yaralanması ilə nəticələnən həmin dəhşətli hadisədən geriyə göz yaşları, bir də xatirələr qaldı.