MƏDƏNİYYƏT


Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət xadimləri Bakı Musiqi Akademiyasını yubiley münasibətilə təbrik ediblər

Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə bayram konserti təşkil olunub.Azərbaycanın və Rusiyanın tanınmış mədəniyyət xadimləri AZƏRTAC-ın müxbiri ilə söhbətlərində BMA-nın yubileyi ilə bağlı fikirlərini bölüşüblər.