Kürdəmirdə qida təhlükəsizliyi ilə bağlı reyd keçirilib
28.10.2021 [16:03]
Xəbərin mətni
Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional Bölməsi tərəfindən Bakı-Qazax magistral yolunun Kürdəmirdən keçən hissəsindəki yolkənarı iaşə obyeklərinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baxış zamanı mətbəxlərin sanitar-gigiyenik vəziyyəti, qidaların hazırlanması və saxlanma normaları təhlil edilib. Nəticədə bir sıra hallarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması aşkar edilib.