Bakı Metropolitenində çalışan ilk qadın maşınist: Qadın gücünə inanaraq bu peşəni seçdim
28.10.2021 [16:24]
Bakı Metropolitenində işləyən qadın maşınist Günay Həbibli AZƏRTAC-a danışıb. Xanım maşınistin sözlərinə görə, bu peşəyə həvəs Metropolitenə yeni qatarlar gətirildikdən sonra yaranıb. Günay Həbibli qeyd edib ki, maşinist hazırlığı prosesinə qatılana qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb. Bakı Metropoliteninin rəsmi internet saytında maşınist vəzifəsinə işə qəbul elanını gördükdən sonra müraciət edib və 6 aylıq hazırlıq kursuna qatılaraq işə qəbul olunub.