Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib
29.10.2021 [12:33]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə təbriklərini çatdırdı, türk xalqına xoşbəxtlik və rifah arzuladı.