CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı narkotiklərin satışını həyata keçirən 3-ü qadın olmaqla 17 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və narkopritonlar yaradaraq xüsusən gəncləri narkotik vasitələrdən istifadə etməyə və narkokuryerliyə cəlb edən şəbəkə üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə paylanmasına nəzarət edən əsas şəxslərdən biri Seymur Cavadov saxlanılıb. Onun üzərindən və Masazır qəsəbəsində narkotik vasitələrin saxlanılması üçün anbar kimi istifadə etdiyi zirzəmidən ümumilikdə 27 kiloqram, o cümlədən 19 kiloqram 565 qram heroin, 6 kiloqram 810 qram tiryək, 715 qram marixuana və narkotik vasitələrin satışında bilavasitə istifadə etdiyi elektron tərəzi aşkar edilib.