SİYASƏT


“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir

2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.
Yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.
Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.