Viran qalmış yurd yeri – Cəbrayıl rayonunun Dağ Tumas kəndindən görüntülər
29.10.2021 [15:34]
Xəbərin mətni
Ermənilərin işğal altında saxladıqları dövrdə dağıdaraq yer üzündən sildikləri yaşayış məntəqələrimizdən biri də Cəbrayıl rayonunun Dağ Tumas kəndidir.
AZƏRTAC-ın bölgə müxbiri Dağ Tumas kəndinə gedərək erməni vandalizmini lentə alıb. Rayon mərkəzindən 39 kilometr qərbdə, Qarabağ silsiləsinin cənub-qərb ətəyində yerləşən kənd dağlarla əhatə olunan təbii qalaya bənzəyir.