SİYASƏT


Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” tədbirlər silsiləsi çərçivəsində növbəti anım mərasimi keçirilib.
Vətən müharibəsi şəhidləri Yusif Nəcəfov, Gülverdi Qasımov, Əli Heydərov və Əli Əliyevin xatirəsinə həsr olunan anım mərasimində onların ailə üzvləri, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.