MƏDƏNİYYƏT


Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşa şəhərlərində olublar

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərində olublar.
20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapların iştirak etdiyi səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Füzulidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gedən qonaqlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi və Cıdır düzü qonaqların böyük marağına səbəb olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır