CƏMİYYƏT
Ticarət mərkəzlərindən birindən oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda yerləşən ticarət mərkəzlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.
Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən dəmir barmaqlıqları kəsərək ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum edilmiş Hacıqabul rayon sakini Faiq Səmədov saxlanılaraq ərazi üzrə 34-cü Polis Şöbəsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan dəmir parçası ilə müqavimət göstərmək istəsə də onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb.